Yüklərin istənilən məsafələrə çatdırılmasını həyata keçirən nəqliyyat növüdür. Bu nəqliyyat növü ağır və böyük həcmli yüklərin daşınmasını həyata keçirir.
Qeyri-qabarit
yüklərin daşınması üçün xüsusi avtomabillərin cəlb olunması tələb edilirdisə,
artıq Dəmir yolu ilə belə yüklərin
daşınması sadə və daha tez bir müddətdə həyata keçirilir.Bu yüklər
öncədən müəyyən olunmuş vaqon və platformalara yüklənilir.
Dəmir
yolu daşınmalarının daha çox yayılmasına təkan verən vacib amillərdən biri
də yüksək tonajlı yüklərin və artıq xərclərin
olmamasıdır.
İnkişaf etmiş
qərb dünyasının əsas nəqliyyat modellərindən ən əhəmiyyətlisi olan dəmir yolu nəqliyyatı,
etibarlılığı səbəbiylə son illərdə diqqəti daha çox cəlb edən, insan
asılılığını minimuma endirən bir nəqliyyat modelidir.
Avtomobil
daşınmalarının pis hava şəraitində
asılı olduğunu nəzərə alsaq, dəmir
yolları yalnız müəyyən yüklərin deyil, bütün yüklərin daşınması üçün daha əlverişli
hala gəlir.
Dəmir yolu daşınmasının üstünlükləri
Böyük məsafələrə tez çatdırma | İqlim şəraitindən əsasən asılı olmaması |
Yüksək yükgötürmə qabiliyyəti | Nisbətən aşağı tariflər |
Müxtəlif xarakterli yüklərin daşınmasına köməklik edir |
Dəmir yolu xidmətləri
Blok Qatar Təşkilatı | Tək və ya Qrup Vagon Təşkilatı |
Dəmiryolu Konteyner Xidməti | Layihə Nəqliyyatı |
İqlim şəraitindən asılı olmaması | Qiymət üstünlüyü |
Azərbaycanda Dəmir yolu nəqliyyatı
Azərbycanda vahid nəqliyyat kompleksinə daxil olan bütün növlər inkişaf etmişdir. Daxili va xarici yükdaşımalarda dəmir yolu nəqliyyatı mühüm yer tutur. Gətirilən yükləin 70%-i, sərnişin daşınmasının 30%-i bu nəqliyyat növünün payına düşür.
Respublikada dəmir yollarının ümumi uzunluğu 2120 km-ə çatır. Onların 1111 km-də elektrovozlar hərəkət edir. Bakı-Tbilisi, Bakı-Dərbənd xətləri və Abşeron zonasında istifadə edilən dəmir yolu xətləri tamamilə elektrikləşdirilmişdir.
Azərbaycanda aşağıdakı istiqamətlərdə
dəmir yolu xətləri vardır: Bakı-Balaxanı xətti. Bu xətt ölkədə çəkilmiş ilk dəmir yolu xəttidir.
Bu yol 1878-1879-cu illərdə çəkilmişdir.
Ərazinin nəqliyyat sistemi
Rusiyanın dəmir yolu xətlərinə Bakı-Dərbənd xətti ilə birləşdirilmişdir.
1900-cu ildən istifadə olunan xəttin uzunluğu 231 km-dır.
Yaşayış məntəqələrinin
inkişafını, sərnişin və yüklərin daşınmasını təmin etmək, yeni əraziləri, yerli
təbii ehtiyatları mənimsəmək üçün Bakı-Ağstafa xəttindən (uzunluğu 456 km)
Ağstafa-Qazax, Yevlax-Mingəçevir, Yevlax-Ağdam (1963-65-ci illərdə çəkilib),
Ağdam-Xankəndi (1977), Yevlax-Balakən, Padar-Çöl-Göylər dəmir yolu xətləri çəkilmişdir.
Qonşu ölkələrlə beynəlxalq
dəmiryolu əlaqələri
Rusiya – 1 520 mm genişliyi.
Gürcüstan – 1 520 mm genişliyi.
Türkiyə –
birbaşa keçid yoxdur – 1 435 mm genişliyi – Gürcüstan ərazisindən keçid Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə 2017-ci ildən istifadəyə verilmişdir.
“AZMIL LOGISTIKA” şirkəti digər daşınma xidmətləri ilə yanaşı, dəmir yolu daşınmalarınıda həyata keçirir. Dəmir yolu daşımaları üzrə mütəxəssis qrupumuzla, Türkiyə, Çin,Korea və Kazakhstan marşrutlarından tranzit və ya fasiləsiz vaqon və konteyner xidmətləri təklif edirik.