Yüklərin sığortası və onun növləri

Yüklərin sığortası və onun növləri

Yüklərin sığortası və onun növləri

Nəqliyyat müqavilməsi nəqliyyat fəaliyyəti sahəsində bağlanır. Bu müqavilənin bağlanması nəticəsində müqavilə bağlayan tərəflər üçün mülki hüquq və vəzifələr əmələ gəlir. Deməli, nəqliyyat müqaviləsi mülki hüquqi əqdlərin bir növüdür.

Nəqliyyat müqaviləsi nəqliyyat müəssisəsi (daşıyıcı) ilə müştəri arasında bağlanan elə bir sazişdir ki, bu sazişə görə bir tərəf (nəqliyyat müəssisəsi, daşyıcı) digər tərəfə (müştəriyə) nəqliyyat xidməti göstərir, müştəri isə bu xidmətin əvəzinə qabilində ona daşıma haqqı ödəyir.

Nəqliyyat müqavilələri sistemində yük daşınması müqaviləsi nisbətən daha mühüm əhəmiyyət kəsb edir. Məhz bu müqaviləyə uyğun olaraq maddi nemətlər real şəkildə öz yerlərini ərazi və məkan cəhətdən dəyişirlər.

Yük daşınması müqaviləsi yük daşımalarının təşkili haqqında müqaviləyə münasibətdə əsas müqavilə rolunu oynayır. Belə ki, mülki hüquq elmində və qanunvericilikdə mülki-hüquqi müqavilələr iki yerə bölünür:

– ilkin müqavilə;

– əsas müqavilə.

İlkin müqavilə dedikdə elə bir saziş başa düşülür ki, bu sazişə görə tərəflər gələcəkdə müqavilə bağlamağı öhdələrinə götürürlər. Yük daşımalarının təşkili müqaviləsi ilkin müqavilə kateqoriyasına aid edilir.

Əsas müqavilə isə odur ki, onun bağlanması gələcəkdə nəzərdə tutulur. Yük daşınması müqaviləsi əsas müqavilədir. İlkin müqavilə kimi yük daşımalarının təşkili haqqında müqaviləcə məhz yük daşınması müqaviləsinin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilir. Burada əsas müqavilənin hansı müddətdə bağlanması da nəzərdə tutulur.

Yük daşınması müqaviləsi mülki-hüquqi müqavilələr sistemində müstəqil müqavilə növlərindən biridir. Bu müqavilənin iqtisadi məzmununu nəqliyyat xidmətinin özgəninkiləşdirilməsi ilə bağlı münasibətlər təşkil edir. Məhz iqtisadi münasibətlərin bu sferası yük daşınması müqaviləsinin müstəqilliyini müəyyən edir və şərtləndirir.

Sığorta haqqının ödənilməsi

Müqavilədə başqa bir şərt nəzərdə tutulmazsa, sığorta haqqının bütün məbləği (və ya onun ilk hissəsi) müqavilə (şəhadətnamə) imzalandığı gündən etibarən 5 gün ərzində ödənilməlidir

- Sığorta Məbləği

Əgər sığorta müqaviləsində digər şərtlər nəzərdə tutulmamışdırsa, yük, sığortalı tərəfindən bəyan edilmiş sığorta məbləğində, lakin daşıma və (və ya) sığorta xərcləri daxil olmaqla yük göndərənin hesabında göstərilən qiymətdən çox olmamaq şərti ilə sığortalanmış hesab edilir

Sığorta müqaviləsində həmçinin yükün satışından gözlənilən gəlir sığorta edilə bilər. Bu gözlənilən gəlir üzrə sığorta məbləği müqavilədə ayrıca müəyyən edilməlidir (yükün sığorta məbləğinin faiz nisbətində)

Yükün sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.

Azadolma Məbləği

Sığorta müqaviləsində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.

Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.

Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ bir halda zərər məbləğindən çıxılır.