Təhlükəli malların daşınma kodları

Təhlükəli malların daşınma kodları

Təhlükəli malların daşınma kodları

Təhlükəli yük —insanlar, canlılar və ətraf mühit üçün təhlükəli olan yüklərdir və onlar daşınma və ya nəqliyyat hadisəsi zamanı insan sağlamlığı və həyatına və (və ya) ətraf mühitə zərər vura bilər. Təhlükəli yüklərin daşınması beynəlxalq müqavilələr və sazişlər vasitəsilə tənzimlənir. Belə sazişlərdən ən əsası “Təhlükəli yüklərin beynəlxalq yollarda daşınmasına dair Avropa Sazişi”dir. 

Təhlükəli yüklərə xas olan xüsusiyyətlər daşınma prosesində, yükləmə-boşaltma işlərinin həyata keçirilməsində və saxlanmasında ətraf mühitə zərər vura bilən, partlayışa, yanğına və ya nəqliyyat vasitələrinin, qurğuların, binaların və tikililərin zədələnməsinə, həmçinin, insanların, heyvan və quşların zəhərlənməsinə, xəstələnməsinə, zədə almasına və ölümünə səbəb ola bilən maddələrə, materiallara, məmulatlara, məhsullara və təhlükə potensiallı tullantılara aiddir.


                  ADR müqaviləsəndəki bölgüyə əsasən təhlükəli yüklər aşağıdakı siniflərə bölünür:

                                 


1 ci sinif — Partlayıcı maddələr (Explosives);

dinamit, detonator, partlayıcılar, hava fişəngləri,  pirotexnik əşyalar və oyuncaqlar, benqal kibriti və s.    


2 ci sinif — sıxılmış, mayeləşdirilmiş və ya təzyiqlə məhlula çevrilmiş qazlar (Gases); 

arqon, azot, butan, hidrogen qazları, sıxılmış qaz,  soyuducular üçün nəzərdə tutulan qazlar, yanğın söndürücülər, propilen, xlor, etilen, hidrogen sulfid.


3 cü sinif —Yanıcı mayelər (Flammable liquids);

benzin, dizel yanacağı, spirt, parfum, alkoqol,  yapışdırıcılar, aseton, metanol, ağ neft, boyalar və laklar


4 cü sinif — tez alışan bərk maddələr  (Flammable solids);

termokibrit, fosfor amorf, kükürd, aktiv kömür,  nəm pambıq, quru ağ və ya sarı fosfor. 


5 ci sinif —Oksidləşən maddələr və üzvi peroksidlər. (Oxidizing Agents & Organic Peroxides);

kalsi xlor, xrom turşusu, xlorlu əhəng, natri brom   


cı sinif — Zəhərli və infeksiyalı maddələr. (Oxic and Infectious Substances);

həşərat dərmanları, dizinfeksiya edici vasitələr,   parça boyaları, bakteriyalar,  diaqnostik nümunələr, infeksiyalı maddələr, tibbi tullantılar


ci sinif —Radioaktiv maddələr.   (Radioactive Substances)

pluton, uran  və onların  filizləri  


8 ci sinif —Aşındırıcı və korroziyaedici maddələr. (Corrosive Substances);

turşular və qələvilər  


cu sinif —Digər təhlükəli maddələr (Miscellaneous Dangerous Substances);

Digər təhlükəli maddələr: su ilə təmasda olarkən alışan qazlar əmələ gətirən bərk yanan maddələr, zəhərli maddələr, havanın oksigenini udan maddələr, maqnitləşdirilmiş maddələr.