Beynəlxalq Kommersiya Şərtləri

Beynəlxalq Kommersiya Şərtləri

Beynəlxalq Kommersiya Şərtləri

Beynəlxalq ticarətdə alıcı və satıcı arasında yüklərin daşınması və çatdırılması qaydalarını tənzimləyən qaydalar toplusudur. Bu terminlər toplusu Beynəlxalq Ticarət Palatası tərəfindən ilk dəfə 1936-cı ildə işlənib hazırlanmışdır və o «İncoterms 1936» adlanırdı. Sonrakı illərdə bu terminlər toplusunda müəyyən dəyişikliklər olmuşdur və onlar dəyişiklik olan il ilə adlandırılmışdır. Bu dəyişikliklər 1953, 1967, 1976, 1980, 1990, 2000 və ən sonuncu dəyişiklik 2010-cu ilə olmuşdur. Mal alqı-satqısı zamanı alıcı və satışı tərəfindən bağlanan müqavilələrdə bu terminlərdən istifadə olunur,  malın daşınması və çatdırılması bu terminlər vasitəsilə tənzimlənir.

İncoterms-lərlə nizamlanan əsas prinsiplər:

a) Yüklərin çatdırılması və ya təhvil verilməsi zamanı məsuliyyətin və yaranan nəqliyyat xərclərinin     alıcı və satıcı arasında bölgüsü;

b) Yüklərdə sınma, xarab olma, zərər və ya itki risklərinin satıcıdan alıcıya keçmə zamanı;

c) Alıcı və satıcı tərəflər arasında yüklərin çatdırılması və ya təhvil verilməsi zamanı ixrac və idxal gömrük rüsumlarının və yüklərin sığortalanmasının təyini.

İnkotermslər 3 hərfdən ibarət olur və ilk hərf öhdəlik və risklərin satıcıdan alıcıya keçidini izah edir.

"Ex works" satıcının malları (zavod,anbar və s.) üzərində işləyir. Satıcı malın alıcının təqdim etdiyi nəqliyyat vasitəsinə yüklənməsinə və ya başqa hal qərara alınmamışsa, malın gömrük vasitəsi ilə verilməsinə görə məsuliyyət daşımır. Bu andan etibarən alıcı malın təyinat yerinə qədər daşınması ilə bağlı bütün xərclərə və risklərə görə məsuliyyət daşıyır. Bu müddət bütün satış formalarında satıcı qarşısında minimum məsuliyyət daşıyan satış formasıdır.

“FCA” (İstənilən növ nəqliyyat vasitəsi ilə daşıma) Free Carrier (....named place) Azad nəqliyyatçı.Satıcı yükün gömrük rəsmiləşdirilməsini edərək, müqavilədə göstərilən yerdə yükü alıcının seçdiyi nəqliyyat şirkərinə təhvil verir və bundan sonra risklər alıcının üzərində olur.

“FAS” (Dəniz və su yolu ilə daşıma) Free Alongside Ship (.....naçed port of shipment) gəmi göyərtisinin yanında. Satıcı yükü müqavilədə qeyd olunan limandakı gəmiyə qədər gətirir və gəmi göyərtəsinin yanında təhvil verir.

“FOB” (Dəniz və su yolu ilə daşıma)  Free On Board (named port of shipment)-Satıcı yükü razılaşdırılmış limana qədər gətirir,gömrükləməsi edir və gəmiyə yüklənməsi təşkil edir.Yük gəminin göyərtəsinə yükləndikdən və BL yazıldıqdan sonra risklər satıcıdan alıcının üzərinə keçir.

CFR(Dəniz və su yolu ilə daşıma)  Cost and Freight (... named port of destination) Qiymət və fraxtsatıcı,Satıcı  yükün gömrükləməsini  edir və müqavilədə qeyd olunan limanına qədər yükü gətirir. Həmin limandan son təyinat yerinə qədər olan daşımanı isə alıcı təşkil edir.

CIF (Dəniz və su yolu ilə daşıma) Cost, Insurance and Freight (... named port of destination) Qiymət, sığorta və fraxt şərtlər CFR-ilə eynidir , amma bu daşımada sığorta xərcini satıcı ödəyir.

CIP (İstənilən növ nəqliyyat vasitəsi ilə daşıma) Carriage and Insurance Paid Тo (... named place of destination) Daşıma və sığorta ödənilib ... (təyinat yerinin adı) satıcı yükün gömrükləməsini edir, qeyd olunan məntəqəyə qədər yükün daşınma xərcini və həmçinin yükün sığorta xərcini ödəyir.

CPT (İstənilən növ nəqliyyat vasitəsi ilə daşıma) Carriage Paid To (... named place of destination) Daşımanın məbləği bu yerə qədər ödənilib (...yerin adı) yükgöndərici yükün gömrükləməsini (zatamojka) edir və müqavilədə qeyd olunan məntəqəyə qədər yükün daşınmasını təşkil edir.

DAT (İstənilən növ nəqliyyat vasitəsi ilə daşıma) Delivered At Terminal (... named terminal of destination) terminala qədər daşınma (... təyinat yerindəki terminalın adı) satıcı yükün gömrükləməsini və qeyd olunan təyinat şəhərindəki terminala qədər daşınmasını təşkil edir.

DAP (İstənilən növ nəqliyyat vasitəsi ilə daşıma) Delivered At Piont (... named point of destination) Məntəqəyə çatdırılma (... məntəqənin adı) yükün müqavilədə qeyd olunan məntəqəyə qədər daşınması xərcini satıcı ödəyir.

DDP (İstənilən növ nəqliyyat vasitəsi ilə daşıma) Delivered Duty Paid (... named place of destination) İdxal gömrük rüsumu ödənilməklə çatdırılma (... təyinat yerinin adı) Satıcı, ixrac və idxal gömrük rüsumları və daşıma xərcini ödəyərək yükü müqavilədə qeyd olunan təyinat yerinə qədər çatdırır.